“Togg” Özbəkistan Prezidentinə təqdim olundu - VİDEO/FOTOLAR

  • By admin
  • 12 Aprel 2023 19:17

Türkiyənin ilk yerli elektrik avtomobili olan “Togg” Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunub.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, avtomobili Mirziyoyevə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib.

Daş rəngi avtomobilini təhvil alan Mirziyoyev Prezident Ərdoğana təşəkkür və salamlarını çatdıraraq bildirib:

“Mən bu hədiyyənin mənasını bilirəm. Bu, türk dövlətlərinin dünyada uğuru kimi yazılacaq. Bu, Türkiyənin nələr edə biləcəyinin göstəricisidir. Ata-baba yurdunuzun qapıları üzünüzə hər zaman açıqdır”.

 


Gununsesi.info