Toğrul Məmmədov: “Yeni telekanalın açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmayıb”

  • By admin
  • 05 Avqust 2016 10:48

0cf6c9ed5c9befec6e758a2bbc2d924c

“Azərbaycanda kifayət qədər teleradio yayımçısı var. Bu səbəbdən də Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən yeni televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmayıb”.

Gununsesi.info-nun məlumatına görə, bunu  APA-ya açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda 23 televiziya yayımçısı var, onlardan 10-u ümumrespublika, 13-ü isə regional yayımçıdır: “Ümumilikdə isə Azərbaycanda lisenziya almış teleradio yayımçılarının sayı 74-dür”.

Gununsesi.info