Toivo Klaar Azərbaycana gəlib - FOTO

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, tviterdə Bakıdan foto paylaşıb.

“Azərbaycana qayıtmaqdan şadam. Bu gün maraqlı görüşlər keçirilib və sabahkı yaxşı müzakirələri səbirsizliklə gözləyirəm”, – Klaar qeyd edib.

Gununsesi.info