“Tokayevə minnətdarlığımı bildirirəm”

  • By Admin2
  • 07 Mart 2026 10:42

Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.

Gununsesi.info xəbər verir ki, Prezidentin “X” hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir: “Prezident Kasım-Jomart Tokayevə İran dövlətinin Naxçıvana qarşı hücumlarını qətiyyətlə pislədiyinə və Azərbaycan ilə Qazaxıstan arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”.

 

Gununsesi.info