Tokayev Azərbaycana gələcək

Bu ilin avqust ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Qeyd edək ki, iyunun 27-də Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varanklı, Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı naziri Kairbek Uskenbayev iştirak edib.

Gununsesi.info