
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib.
Gununsesi.info APA-ya istinadən bildirir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
“Hörmətli cənab İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmlənməsi münasibətilə təbrik edirəm! Ölkəniz ərazi bütövlüyünü bərpa etdi və yeni inkişaf dövrünə qədəm qoydu”, – Qazaxıstan Prezidenti qeyd edib.
Tokayev Türkiyə Cümhuriyyətinin 100-cü illiyi ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana da təbriklərini çatdırıb.