Tokayev bütün siyasi məhbusları azadlığa buraxdı - Qazaxıstan prezidenti yeni seçkilərə gedir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev parlamentin bügünkü iclasında xalqa müraciətlə çıxış edərək növbədənkənar prezident seçkilərinin 2022-ci ilin payızında keçirilməsini təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

HTML tutorial

“Hakimiyyətin öz planlarını cəmiyyətdən gizli saxladığı siyasi ənənə keçmişdə qalmalıdır. Ona görə də bu gün gələcək seçki kampaniyalarının qrafikini ictimaiyyətə təqdim etmək niyyətindəyəm. 2022-ci ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edirəm. Ədalətli Qazaxıstanın yaradılması yolunda əsaslı və hərtərəfli islahatların uğurla həyata keçirilməsi üçün xalqın yeni etimad mandatı lazımdır.

Prezidentlik müddətinin 7 il müddətinə məhdudlaşdırılmasını tövsiyə edirəm. Amma təkrar seçilmək qadağandır. Təklif etdiyim konstitusiya dəyişikliyi hakimiyyətin inhisarlaşması risklərini əhəmiyyətli dərəcədə azaldacaq. Mənim üçün dövlətin maraqları hər şeydən üstündür. Ona görə də səlahiyyət müddətimi qısaltmağa və növbədənkənar prezident seçkilərinə getməyə hazıram”, – Tokayev bildirib.

Mövcud qanunvericiliyə görə, Qazaxıstan prezidenti 5 il müddətinə seçilir və bu, ardıcıl iki müddətdən çox ola bilməz. Hazırkı prezidentin səlahiyyət müddəti 2024-cü ildə başa çatır. O, daha əvvəl iki müddətə xidmət etməyi planlaşdırdığını bildirmişdi.

Prezident həmçinin hökumətin həddindən artıq müdaxiləsindən uzaq olan yeni iqtisadi kurs elan edib. O, Qazaxıstanın iqtisadi siyasətinin əsas məqsədinin vətəndaşların rifahının keyfiyyətli artımı olduğunu deyib və əlavə edib ki, yeni iqtisadi kursun prioritetləri özəl sahibkarlıq təşəbbüsünü stimullaşdırmaq, rəqabəti inkişaf etdirmək və milli gəlirin ədalətli bölüşdürülməsi olacaq.

Tokayev 2019-cu ilin martında Nursultan Nazarbayevin istefasından sonra prezident vəzifəsini tutub. Həmin ilin iyunun 9-da keçirilən növbədənkənar seçkilərdən sonra yenidən vəzifəsinin icrasına başlayıb. Rəsmi məlumatlara görə, o, 70 faizdən çox səs toplayıb. Seçkilər hökumət əleyhinə kütləvi etirazlarla müşayiət olunub. Bundan sonra hakimiyyət kütləvi həbslər həyata keçirib. Müxalifət və müstəqil müşahidəçilər seçkinin “səslərin oğurlanması” ilə keçdiyini bildiriblər.

Tokayev yanvar iğtişaşlarında həbs olunanlara amnistiya da elan edib. Prezident bildirib ki, amnistiya ağır cinayət törədənlərə – məlum iğtişaşların təşkilatçılarına və dövlət çevrilişinə cəhd edənlərə şamil olunmayacaq.

Gununsesi.info