Tokayev dövlət katibinin səlahiyyətlərini genişləndirdi

  • By admin
  • 31 Yanvar 2022 11:59

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın dövlət katibinin səlahiyyətlərində dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə sənəd normativ hüquqi aktlar portalında dərc olunub.

Sərəncama əsasən, dövlət katibi əvvəlki funksiyaları ilə yanaşı, prezidentin tapşırığı ilə artıq siyasi partiyalarla münasibətlərdə öz maraqlarını təmsil edə, siyasi repressiya qurbanlarının tam reabilitasiyası üzrə dövlət komissiyasının fəaliyyətini əlaqələndirə bilər.

Qeyd edək ki, yanvarın 5-də Qazaxıstanın dövlət katibi vəzifəsinə əvvəllər dövlət başçısının köməkçisi işləmiş Yerlan Karin təyin edilib.

Gununsesi.info