Tokayev hakim partiyanın sədri SEÇİLDİ

  • By admin
  • 28 Yanvar 2022 14:00

Yanvarın 28-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində hakim “Nur Otan” Partiyasının 21-ci (növbədənkənar) qurultayı keçirilib.

Gununsesi.info xəbər verir ki, onlayın formada baş tutan tədbirə ölkənin bütün bölgələrindən 389 nümayəndə qatılıb.

Qurultayda təşkilati məsələlərə baxılıb. Daha sonra ölkə Prezidenti Kasım-Jomart Tokayev hakim partiyanın yeni sədri seçilib.

Gununsesi.info