Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransının dünya liderlərinin növbəti sammitinə ev sahibliyi edən ölkə seçilməsi münasibətilə təbrik edib.
Gununsesi.info xəbər verir ki, Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Tokayev prezident Əliyevə təbrik məktubu göndərib.
Tokayev məktubunda Əliyevi gələn il COP29 iqlim sammitinə ev sahibi ölkə kimi Azərbaycanı seçdiyinə görə təbrik edib.
Tokayev qeyd edib ki, bu qərar Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzunun və səmərəli siyasətinin tanınmasının bariz sübutudur: “İnanıram ki, bu irimiqyaslı sammitin gözəl Bakıda təşkili Azərbaycan dövlətinin dəstəyinə mühüm töhfə verəcək. Davamlı inkişaf məqsədləri, dövrümüzün ən aktual problemlərinin həlli dünya ictimaiyyətinin diqqətini regional ekoloji problemlərə cəlb edəcəkdir”.
Tokayev məktubunda həmçinin Qazaxıstanın sammitin uğurlu və səmərəli təşkili üçün Azərbaycana hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirib.
Gununsesi.info