Tokayev kadr islahatlarına davam edir - Daha iki vəzifəli şəxs işdən çıxarıldı

  • By admin
  • 27 Yanvar 2022 10:10

Prezident Kasım-Jomart Tokayevin Qazaxıstanda apardığı kadr islahatları davam edir.

Bu gün Yerlan Kiyasov Qazaxıstanın səhiyyə nazirinin müavini – baş dövlət sanitar həkimi vəzifəsindən azad edilib.

Gununsesi.info Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, məlumatı baş nazirin mətbuat xidməti təsdiqləyib.

O, 2020-ci ilin sentyabrından bu vəzifədə idi.

Kasım-Jomart Tokayevin sərəncamı ilə Prezident yanında Strateji Araşdırmalar İnstitutunun direktoru da dəyişib.

Dövlət başçısının sərəncamı ilə Zarema Şaukenova Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamına əsasən, Yerkin Tukumov institutun yeni direktoru təyin edilib.

Gununsesi.info