“Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında səsləndirib.
Yarım ildən bir qədər çox əvvəl imzalanan sənədlərin, bütün bu razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini vurğulayan Kasım-Jomart Tokayev deyib:
“Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək”.
Gununsesi.info