Tokayev Quterreşi bu sammitə dəvət edib

  • By ilhame
  • 27 Fevral 2024 20:13

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin Baş katibi Antonio Quterreşi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2024-cü ilin iyulunda Qazaxıstanda keçirilməsi planlaşdırılan sammitinə dəvət edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, dəvəti Cenevrədə keçirilən görüş zamanı Quterreşə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu təqdim edib.

 

Dəvətə görə təşəkkür edən Antonio Quterreş Qazaxıstanın davamlı inkişafın təşviqi və beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən ŞƏT və CICA kimi regional təşkilatlar çərçivəsində göstərdiyi səyləri yüksək qiymətləndirib.

 

Görüşdə həmçinin cari qlobal çağırışlar, Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın dərinləşdirilməsi, Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı İnkişaf üzrə Regional Mərkəzinin yaradılması təşəbbüsü müzakirə edilib.

Gununsesi.info