Tokayev Rusiyaya gedir

  • By ilhame
  • 20 Fevral 2024 19:33

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fevralın 21-də Rusiyaya səfər edəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

“Kasım-Jomart Tokayev Kazanda keçiriləcək “Gələcəyin oyunları” beynəlxalq turnirinin açılış mərasimində iştirak etmək üçün fevralın 21-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək”, – məlumatda qeyd olunub.

 

Mətbuat xidmətinin məlumatına görə, çox güman ki, Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistan liderləri, eləcə də bəzi digər dövlətlərin nümayəndələri bu tədbirdə iştirak edəcəklər.

Gununsesi.info