Tokayevdən yeni təyinatlar

  • By admin
  • 09 Yanvar 2022 23:21

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin iki müavinini vəzifəsindən azad edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Tokayev sərəncamlar imzalayıb.

Sərəncama əsasən, MTK sədrinin müavinləri Marat Osipov və Daulet Yerqojin vəzifələrindən çıxarılıblar.

Onların yerinə Kosjanov Bakıtbek Jamalbekoviç və Amerxanov Askar Baymerdenoviç təyinat alıblar.

 

Gununsesi.info