Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb.
Gununsesi.info Erməni KİV-ə istinadən xəbər verir ki, imzalanma mərasimi Ermənistan prezidentinin iqamətgahında baş tutub.
Tərəflər miqrasiya və vətəndaşların qalma sahəsində əməkdaşlıq haqqında saziş, Armavir və Manqistau regionları arasında əməkdaşlıq memorandumu, turizm sahəsində əməkdaşlıq proqramı, 2024-25-ci illər üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi, yüksək texnologiyalar sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.
Bundan əlavə, İrəvan və Astananın qardaşlaşmış şəhərlərə çevrilməsinə dair sənədlər imzalanıb.
Gununsesi.info