Tokayevin qələbəsi rəsmiləşdi - FOTO

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev prezident seçkilərində 81,31% səslə qalib gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

HTML tutorial

“Tokayev Kasım-Jomart Kemeloviç 6 milyon 456 min 392 səs və ya 81,31% səs qazanıb”, – MSK sədri Nurlan Abdirov iclasda deyib.

Onun sözlərinə görə, Jiquli Dayrabayev 3,42% (271 641 səs), Meyram Kacıken – 2,53% (200 907), Karakat Abden – 2,6% (206 206), Saltanat Tursynbekova – 2,12% (168 721), Nurlan Auesbaev 2,22% (176 116) səs toplayıb.

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində seçici fəallığı, Mərkəzi Seçki Komissiyasının yenilənmiş məlumatlarına əsasən, 69,44% təşkil edib. Eyni zamanda, səsvermə hüququna malik 11 milyon 953 min vətəndaşdan 8 milyon 300 min 46 nəfəri səs verib.

Gununsesi.info