Tokio-2020: Azərbaycan atleti finala vəsiqə qazana bilməyib

  • By admin
  • 01 Avqust 2021 10:37

Azərbaycan idmançısı Anna Skidan Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Çəkicatma növündə yarışan atlet finala vəsiqə qazana bilməyib.

Bu, B qrupundakı ilk cəhdlərdən sonra gerçəkləşib. 29 yaşlı ukraynalı legioner ən yaxşı 12 atlet arasına düşmək şansını itirib.

O, A qrupunda təsnifat mərhələsini 69,57 metr nəticə ilə 16 idmançı arasında 8-ci sırada başa vurub.

Gununsesi.info