Tokio-2020: İki güləşçimiz uduzdu

Tokio Olimpiadasında güləş yarışları davam edir.

Azərbaycan Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, bu gün yunan-Roma güləşində 77 və 97, qadın güləşində isə 68 kq-da mübarizəyə start verilib.

HTML tutorial

Rafiq Hüseynov (77 kq) ilk görüşdə isveçli Aleks Kessidislə qarşılaşıb.

İki dünya ikincisinin mübarizəsindən həmyerlimiz qalib ayrılıb. 1:1 hesabıyla yekunlaşan görüşdə güləşçimiz sonuncu xal prinsipinə əsasən 1/4 finala yüksəlib. Bu mərhələdə Rafiqin rəqibi qırğızıstanlı Akjol Mahmudov olacaq.

Elis Manolova (68 kq) 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.