Tokio-2020: Şərif Şərifov bürünc medal uğrunda mübarizə aparacaq

  • By admin
  • 07 Avqust 2021 14:40

Tokio 2020 Yay Olimpiya Oyunlarında azərbaycanlı güləşçi Şərif Şərifov sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində təsəlliverici görüş keçirib.

Gununsesi.info xəbər verir ki, güləşçimiz gürcüstanlı rəqibi Elizbar Odikadzeni 7-5 hesabı ilə üstələyib.

Qeyd edək ki, Ş.Şərifov bürünc medal uğrunda matçda kubalı Reyneri Salas Pereslə qarşılaşacaq.

Bu gün eyni zamanda 65 kiloqram çəki dərəcəsində Hacı Əliyev final matçına, qadınlar arasında 50 kiloqram çəki dərəcəsində Mariya Stadnik bürünc medal uğrunda mübarizəyə çıxacaq.

Gununsesi.info