Tokio Olimpiadası: Azərbaycan əsilli Fransa boksçusu: “Mənə qarşı təxribat edilib”

  • By admin
  • 01 Avqust 2021 15:41

Fransa boksçusu Mourad Aliev (Murad Əliyev) britaniyalı boksçu Frazer Clarke ilə döyüşün ortasında hakimlər tərəfindən diskvalifikasiya olunaraq məğlub elan edilməsini “ədalətsizlik” adlandırıb və rinqdə oturaq etiraz aksiyası keçirib.

26 yaşlı Fransa boksçusu döyüşün 2-ci raundunda başı ilə etdiyi hərəkətlərə görə 91+ kq kateqoriyasında britaniyalı Frazer Clarke-a qarşı dörddəbir final döyüşündə diskvalifikasiya olunub.

HTML tutorial

Wikipedia resursuna əsasən, iyulun 31-də 26 yaşı tamam olan Murad Əliyev (fr. Mourad Aliev) 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Azərbaycan əsilli Fransa boksçusudur. “Murad Əliyev 31 iyul 1995-ci ildə Moskvada azərbaycanlı ailəsində anadan olub. 6 yaşından Fransada yaşayır. Atası Bərdəli, anası isə Ağdamlıdır.2019-cu ildə Fransa yığmasının heyətində Minskdə keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb.

Tokiodakı qarşılaşmada hakimlərin qərarı elan olunduqdan sonra Murad Əliyev rinqi tərk etməkdən imtina edərək oturaq etiraz aksiyası keçirib.

“Mənə qarşı edilən ədalətsizliyə etirazımı bildirmək üçün bu aksiyanı keçirirəm, – Əliyev deyib. – Bu Olimpiadaya dörd il hazırlaşmışam, həyatımı buna həsr etmişəm.”

Əliyevin başı ilə etdiyi hərəkətlər britaniyalı boksçu Clarke-ın üzünün qaş nahiyəsində hər iki tərəfdən kəsiklərin yaranmasına səbəb olub.

Qarşılaşmanın gedişində britaniyalı boksçunun qaşlarındakı kəsiklərə matçı izləyən həkim iki dəfə baxış keçirib.

Əliyev təkid deyir ki, döyüşün gedişində ona başının hərəkətləri ilə bağlı heç bir xəbərdarlıq edilməyib.

“Heç bir xəbərdarlıq etmədən dayandırıldım və mənə “məğlub olduğumu” dedilər. Düşünürəm ki, mənə qarşı təxribat edilib”, – o deyib.

Britaniyalı Clarke hesab edir ki, qaşlarındakı kəsiklər ona yarımfinalda heç bir təhlükə yaratmayacaq.

Əliyevin etiraz aksiyası barədə Clarke deyib ki, onun “bunu qəsdən etdiyini söyləmək fikrində” deyil: “Çünki əminəm ki, Olimpiadasının bu cür bitməsini o istəməzdi.”

“Ona dedim ki, sakit olsun, çünki əvvəllər özüm də belə vəziyyətdə olmuşam. İstəmirəm ki, o öz nüfuzuna xələl gətirsin və ya hakimlərə və rəsmilərə kobudluq etsin, çünki onlar yalnız öz işlərini görürlər”, – britaniyalı boksçu deyib.

Gununsesi.info