Tokio Olimpiadası: Stadnik yenə yapon sindromunu qıra bilmədi – FOTOLAR

  • By admin
  • 06 Avqust 2021 14:37

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Gununsesi.info xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində üçqat Avropa çempionu Stalvira Orşuşla (Rusiya) üz-üzə gəlib.

Rəqibinə 11:7 hesabı ilə qalib gələn Mariya Stadnik adını 1/4 finala yazdırıb. O, növbəti mərhələdə Sarra Hamdi (Tunis) ilə qarşılaşacaq.