Tokio Olimpiadasında özüidarəolunan taksilərdən istifadə ediləcək

  • By admin
  • 16 İyun 2017 00:01

tokiooo

Yaponiyanın taksimotor şirkətlərindən biri Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı dövlət yollarında özüidarəolunan avtomobillərin tətbiqi üçün müvafiq texnologiyalar hazırlayan şirkətlə əməkdaşlıq edir.

Gununsesi.info-nun xəbərinə görə, əsasən Tokio şəhərini əhatə edən “Hinomaru Kotsu” taksimotor şirkəti bunu iyunun 15-də “ZMP” şirkəti ilə birlikdə keçirilən mətbuat konfransında bəyan edib.

Hər iki şirkət 2020-ci ildə sürücüsüz taksilərdən istifadəni qarşıya əsas vəzifə kimi qoyduqlarını bildirib.

Gununsesi.info