Yaponiya 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarına hazırdır
Gununsesi.org-un məlumatına görə, “Reuters” agentliyinin xəbərində deyilir ki, Yaponiyanın Baş naziri Şinzo Abe bazar günü Tokioda 2020-ci ildə baş tutacaq Olimpiya Oyunlarının keçirilməsi üçün tikilmiş Milli Stadionun açılışında iştirak edib.
Agentliyin məlumatına görə, 156.9 milyard yenə (1.44 milyard dollar) inşa edilən stadionda 24 iyulda Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Stadion 68 min nəfərlik oturacaq sayına sahibdir.
Baş nazir çıxışı zamanı bildirib ki, stadionun inşası zamanı maliyyə ilə bağlı ciddi problemlər yaranıb. İctimaiyyət tərəfindən təzyiqlə üzləşən hökumət maliyyə xərclərini azaltmaq üçün stadionun baş planında inşa prosesi zamanı müəyyən dəyişiklik etmək zorunda qalıb. Nəticədə, Milli Stadionun tikinti müddəti xeyli uzanıb. Bəllidir ki, bu il bu stadionda Reqbi üzrə Dünya Çempionatı keçirilməliydi. Tikinti başa çatmadığına görə bu, mümkün olmadı.
Yeri gəlmişkən, dekabrın 15-də Tokioda açılışı olan Milli Stadionla Bakı Olimpiya Stadionunu müqayisə edək. Azərbaycanın ən böyük stadionu UEFA və FİFA-nın standartları səviyyəsində, başqa sözlə desək, beynəlxalq standartlara uyğun şəkildə dizayn edilib. Bu stadionun tikintisinə də etiraz edənlər az deyildi. Etirazçılar stadionun son dərəcə baha olmasından gileylənirdi. Bütün bunlara baxmayaraq, SOCAR bu layihənin maliyyə xərclərini bütünlüklə öz üzərinə götürdü. Stadionda tamaşaçılar üçün 68.800 yer var. Bu tikili 640 milyon dollara başa gəlib. Başqa bir məlumatda isə 6 mərtəbəli stadionun tikintisinə 775 milyon dollar xərcləndiyi bildirilir. Stadionda ilk olaraq “Bakı-2015 1-ci Avropa Oyunları” keçirilib.
UEFA-nın Elit Stadionları siyahısına daxil olan Bakı Olimpiya Stadionunda dəfələrlə beynəlxalq səviyyəli futbol oyunları baş tutub. Bu stadionda dünyanın nəhəng futbol klubları qarşılaşıb. O da bəllidir ki, UEFA-2020 Avropa Çempionatının qrup mərhələsinin 3 matçı, həmçinin ¼ final mərhələsinin 1 matçı bu stadionda keçiriləcək.
Göründüyü kimi, Yaponiyada da, Azərbaycanda da Milli Stadionların tikintisi müəyyən etirazlara səbəb olub. Ümumiyyətlə, dünyanın hər yerində belə bahalı tikililərin inşası o qədər də xoş qarşılanmır. Ancaq belə tikililər olmadan da beynəlxalq səviyyəli idman yarışları keçirmək mümkün deyil.
Yaponiya 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarına hazırdır
“Reuters” agentliyinin xəbərində deyilir ki, Yaponiyanın Baş naziri Şinzo Abe bazar günü Tokioda 2020-ci ildə baş tutacaq Olimpiya Oyunlarının keçirilməsi üçün tikilmiş Milli Stadionun açılışında iştirak edib.

Gununsesi.org