Bu günlərdə intihar edən məktəbli qızın valideynləri haqqında nalayiq ifadələr işlədən məktəb direktoru işdən azad olunsa da ictimai qınaqla üz-üzə qalıb.
Gununsesi.org xəbər verir ki, Xəzər TV-də yayımlanan proqramların birində Tarix Əliyev “Tolik” direktoru sərt ifadələrlə tənqid edib: “Allah bəlanı verdi. Heç kesə xoş günündən boşanmır. Sən də dilinin bəlasına getdin”.