Tolik onunla küsülü olan müğənnilərdən danışdı - "ONLAR ÇOX ŞEY İTİRİR"

  • By admin
  • 14 İyun 2017 10:06

tolik

Tanınmış prodüser Tarix Əliyev maraqlı açıqlama ilə çıxış edib.

Gununsesi.info-nun primetime.az-a istinadən verdiyi məlumata görə, prodüser onunla küsülü olan müğənnilərin çox şey itirdiyini bildirib.

Belə ki, “Əgər bir müğənni mənimlə küsülüdürsə deməli öz qabından itirir. Mən sovxozda müdir deyiləm. Şou-biznesdə fəaliyyət göstərən prodüserəm və yetəri qədər də tanınmış, adımı təsdiqləmiş biriyəm. Əgər bir müğənni mənimlə danışmırsa bu onun üçün problemdir. Çünki iştirak və ya təşkil etdiyim tədbirlərdə onu görmək istəməyəcəm. Həmçinin, həmin adamla mənim adımı eyni tərəziyə qoyanda təbii ki, mən daha ağır gələcəyəm”.

Gununsesi.info