
Prodüser Tarix Əliyev (Tolik) qalmaqallı açıqlaması ilə gündəmdədir.
Gununsesi.info Prodüser Xəzər TV-də aparıcısı olduğu “Hər şey daxil” verilişində müğənni Üzeyir Mehdizadə ilə bağlı fikirlərini bölüşərək bunları deyib:
“Bir kütlə ki, Üzeyiri bu gün sevirsə, o, azərbaycanlı kütləsidir. O nə ermənidi, nə talışdı, nə qazaxdı. Biz onu kütlələrə bölməməliyik. 50 milyonluq azərbaycanlıyıq. Üzeyirə qulaq asanlar yaxşı adam deyil, Miri Yusifə qulaq asanlar yaxşıdır? Bu nə deməkdir? Bunu hansı kriteriyalarla götürürük?”.
Gununsesi.info












