Tolikdən Aqiyə Naxçıvanlıya cavab gəldi: - "Siz komitə olaraq neynəmisiz?"

  • By admin
  • 07 Oktyabr 2016 16:56

tolik

 

Milli Məclisin ailə, qadın və  uşaq məsələləri  komitəsinin  sədri, deputat Aqiyyə  Naxçıvanlının  Xoşqədəm  Hidayətqızı və Zaurun Baxşəliyevin  verilişinin bağlanması fikrinə Tolik sərt reaksiya verib.

Gununsesi.info xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə vasitəsilə fikir bildirib:

“Yaxşı hörmətli deputat qoy dediyiniz verilişlər bağlansın, heç bir sosial problem işıqlandırılmasın, insanlara yalnız yalandan xəbərlər verək. Guya Azərbaycanda heç bir vənətndaşın problemi yoxdu(baxmayaraq ki, dünyanın ən yüksək inkişaf etmiş ölkələrində belə küçədə yatan bomjlar var). Siz də komitə olaraq bunları araşdırıb rayonlarda monitorinq aparmırsız onda bəs siz komitə olaraq neynirsiniz? Niyə Milli Məclisdə bu problemləri araşdırmırsınız? Siz yalnız xaricdə oxuyan imkanlı uşağın və ailəsinin olmayan problemini işıqlandırmaq üçün yaranmısınız. Mən bu ölkənin vətəndaşıyam mən də efirə baxıb öz cibimdən hansısa imkansıza əl tutmuşam. Siz cibinizdən 500 manat verib hansısa imkansıza nəsə alarsınız? Yox . Həmin tövlədə saxlanılan qızın üzə çıxarılmasında nə qəbahət var? O da gələcəkdə ana olacaq. Elə olmasa idi bəlkə də indi millət vəkili idi və insanların problemi ilə maraqlanırdı.  Bahar xanım Muradova dəfələrlə tədbirlərdə görmüşəmki  vətəndaşların şikayətlərini dinləyib və onları qeydə alıb. Baxmayaraq ki, bunun üçün rəsmi qəbul günləri var. Bəs sizin qəbulunuza neçə nəfər düşə bilir? ”.

Gununsesi.info