Tolikdən növbəti qalmaqallı açıqlama - “BİZDƏ KİŞİ MÜĞƏNNİLƏRİN ÇOXU KİMİSƏ YAMSILAYIR”

  • By admin
  • 20 İyun 2017 16:55

tolik

Qalmaqallı açıqlamaları ilə seçilən prodüser Tarix Əliyev (Tolik) yenə də öz ənənəsinə sadiq qalıb.

Gununsesi.info-nun məlumatına görə, muztv.az xəbər verir ki, Tolik bu dəfə müğənni Nuri Sərinləndiricinin ünvanına xoş sözlər deyərək, bəzi müğənnilərin kimlərisə yamsıladığını qeyd edib:

“Hər bir müğənninin öz dəsti-xətti olmalıdır, müğənni oxuyanda onun səsini eşidən kimi deməlidirlər ki, bu, filan ifaçıdır. Amma bizdə kişi müğənnilərinin əksəriyyəti ifa edəndə kimlərisə yamsılayırlar. Dediyim bu sözlər Nuri Sərinləndiriciyə aid deyil, çünki onun öz avazı və gözəl ürəyi var. Kiminsə ağlına yalnış nəsə gəlməsin. Mən bu sözləri heç kimə görə demirəm, şükür Allah ki, işim-gücüm var. Sadəcə bunu vurğulamaq istədim ki, Nurinin bu illər ərzində yalnız sənəti və oxuduğu mahnıları ilə sevilməyi bir çoxuna ibrət olmalıdır”.

Gununsesi.info