Tolikdən Ramil Usubova müraciət: - KASIBI AĞLADIB VİDEOYA ÇƏKƏN POLİSİ İŞDƏN ÇIXARIN

  • By admin
  • 25 Yanvar 2017 15:50

tolik

Prodüser Tarix Əliyev (Tolik) ötən gün Sabirabad postunda 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək sevgilisinə göndəməsinə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, prodüser sosial şəbəkədə sözügüdən videonu paylaşaraq bu şərhi yazıb:
“Birincisi Yol Polisinə hansı qanunda icazə var ki , maşhında otursun və vətəndaşla danışsın? İkincisi sən kimsən ki, vətəndaş sənə yalvarmalıdır. Əgər qanunla iş görürsən yaz cəriməsini , getsin. Yox əgər sən özünü lotu hesab edib, kasıbı ağladıb , videoya çəkib, sevgilinə yolayırsansa, onda mən də sənin nazirinə Cənab general Ramil Usubova müraciət edib, onun mərhəmətinə və insanlığına sığınaraq müraciət edirəm ki , belə polis adını batıranları cəzalandırsın işdən çıxartsın”.

Gununsesi.info