Toni Kroos Avropa çempionatlarının tarixinə düşüb

  • By ilhame
  • 24 İyun 2024 14:30

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos Avropa çempionatlarının tarixinə düşüb.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ölkəsində təşkil olunan Avropa çempionatında meydana çıxdığı oyunlarda ümumilikdə 324 dəqiq ötürmə etməklə öz rekordunu yeniləyib.

 

T.Kroos 2016-cı ildə keçirilən Avropa çempionatında 323 dəqiq ötürmə ilə rekord qırmışdı. Bu göstəricidə 3-cü yerin sahibi isə İspaniya millisinin keşmiş üzvü Xavidir. O, 2012-ci ildə keçirilən Avropa çempionatında 317 dəqiq ötürmə ilə yadda qalmışdı.

 

Qeyd edək ki, AVRO-2024 iyulun 14-nə qədər davam edəcək. A qrupunda yer alan Almaniya millisi 1/8 finala vəsiqə qazanıb.

Gununsesi.info