Tonqada güclü zəlzələ olub

  • By ilhame
  • 31 Mart 2024 09:23

Tonqada 5,5 maqnitudalı zəlzələ olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

 

Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri 22 min nəfərin yaşadığı Nukualofa şəhərindən 158 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

 

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info