Baş nazir Binəli Yıldırım növbəti bələdiyyə seçkilərində AKP-nin İstanbul Böyükşəhər bələdiyyə başqanlığına rəsmi namizədi ola bilər.
Gununsesi.info-nun məlumatına görə, bu haqda Türkiyə mediası xəbər yayıb.
Məlumata görə, 16 aprel referendumunda İstanbul və paytaxt Ankarada AKP-nin, daha doğrusu, “Evetçi”lərin “Hayırçı”lara uduzması hakim partiyanı yaxın gələcəklə siyasətində bağlı bir sıra önəmli dəyişikliklər etməyə hərəkətləndirib.
Bu baxımdan da, 2019-cu ildə keçiriləcək növbəti bələdiyyə seçkilərində uğur əldə etmək üçün İstanbul Böyükşəhər bələdiyyə başqanı Kadir Topbaşın Binəli Yıldırımla, Ankara Böyükşəhər bələdiyyə başqanı Məlik Gökcəyin isə keçmiş nazir Əli Babacanla əvəzlənməsi gözlənilir.
Hələlik medianın yaydığı xəbərə hakim AKP-dən hər hansı bir rəsmi cavab-açıqlama gəlməyib.
KAMİL
Gununsesi.info