“Topçu Vüsal” qəzaya düşdü

  • By admin
  • 13 Fevral 2022 11:48

Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov qəzaya düşüb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə Xaçmaz rayonunda baş verib. Belə ki, V.Şahkərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi onun maşınını sağ tərəfindən vurub. Qəza nəticəsində xoşbəxtlikdən Vüsal Şahkərimov ciddi xəsarət almayıb.

O, “Unikal”a açıqlamasında məlumatı təsdiqləyib:

“Hadisə iki gün öncə baş verib. Təqsirkar digər avtomobilin sürücüsüdür. Mənim maşınımı sağ tərəfdən vurub. Şükür Allaha, indi hər şey yaxşıdır”.

Gununsesi.info