Xəbər verildiyi kimi, artıq bu ilin birinici yarısında Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə verilməsi gözlənilir.
Qeyd edək ki, İndiyədək Dövlət Neft Fondu tərəfindən bu layihə çərçivəsində 630,2 milyon ABŞ dollar ayrılıb.
O cümlədən, dəmiryolunun Gürcüstan hissəsinin tikintisi üçün Neft Fondu tərəfindən Gürcüstanın “Marabda Kartsaxi Dəmir Yolu” şirkətinə Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon ABŞ dolları və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon ABŞ dolları, həcmində kredit vəsaitinin ayrılması nəzərdə tutulub.
Layihə işə düşəndən sonra Gürcüstan tərəfi həmin krediti necə qaytaracaq?
Gununsesi.info-nun xəbərinə görə, Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov deyir ki, Gürcüstan şirkətinin gəlirləri həmin yolun tranzit haqlarından əmələ gələcək.
“Toplanmış tranzit haqları vasitəsilə kredit qaytarılacaq. Vəsaitlər Azərbaycan hökumətinə köçürüləcək”-fond rəhbəri bildirir.
Onun sözlərinə görə, həmin vəsaitlərinin hara gedəcəyini Azərbaycan hökumətinin özü qərar verəcək:
“Təbii ki, bizim fikrimizcə, bu vəsaitlər Dövlət Neft Fonduna bərpa olunmalıdır. Amma hələ ki, bu haqda heç bir qərar verilməyib”.
Vüsalə Rüstəmova
Gununsesi.info