“Toplum Tv” işi ilə bağlı saxlanılan üç əməkdaş barədə qərar qəbul edilib

  • By ilhame
  • 08 Mart 2024 21:23

“Toplum Tv” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən-Akif Qurbanov, Ramil Babayev, İlkin Əmrahov həbs edilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

 

Qərara əsasən hər üç təqsirləndirilən şəxs haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Toplum Tv” işi üzrə saytın təsisçisi Ələsgər Məmmədli və başqa bir neçə əməkdaşı saxlanılıb. Təqsirləndirilən şəxlər qaçaqmalçılıqda ittiham edilirlər.

Məhkəmənin qərarı ilə “Toplum TV”nin əməkdaşı Müşfiq Cabbar haqda da 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info