“Toplum” TV-də keçirilən axtarış və bir neçə nəfərin saxlanılmasından sonra 5 nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Gununsesi.info xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə III Respublika Platformasının qurucu üzvü Akif Qurbanov və “Toplum TV” əməkdaşları İlkin Əmrahov, Əli Zeynal, Ramil Babayev, Müşfiq Cabbar barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Eyni iş üzrə saxlanılan Fərid İsmayılov və Elmir Abbasov isə polis nəzarətində evə buraxılıb.
Qeyd edək ki, saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qrup halında törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Elmar
Gununsesi.info