Bugün axşam saatlarında saxlanılan “Toplum” TV-nin əməkdaşlarına cinayət işi açılıb.
Gununsesi.info-nun xəbərinə görə, Toplum TV ilə bağlı işdə Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova, İlkin Əhmədova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.
Qeyd edək ki, adıçəkilən media quruluşunun ofisində və əməkdaşların mənzilində axtarış aparılıb.
Kanalın rəhbəri Xədicə İsmayıl BBC-yə müsahibəsində ittihamları rədd edib.
O, ortada hər hansı bir cinayət əməlinin olmadığını deyib.
Gununsesi.info