“Toplum Tv”-nin redaksiyasında axtarış başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə sosial şəbəkələrdə insan haqları fəalları və jurnalistlər məlumat paylaşıb. Məlumata görə, polis əməkdaşları “Toplum Tv”-də çalışan əməkdaşları həmin ərazidən uzaqlaşdırmağa nail olub.
“Toplum Tv” -yə tanınmış jurnalist Xədicə İsmayıl rəhbərlik edir.
Daxili İşlər Nazirliyi Toplum TV-də axtarış aparılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bu barədə DİN mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Elşad Hacıyev açıqlama verib.
O qeyd edib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
“Əlavə məlumat veriləcək”, – E.Hacıyev bildirib.
Gununsesi.info