
“1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanıb”.
Gununsesi.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı xidmətinin rəisi Xalıqverdi Hüseynov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, artıq həmin ərazidə 2002-ci ildə yeni ağacların əkilməsinə başlanılıb.
“Həmçinin əraziyə ağac toxumları da səpilib. Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək. İlkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkmişik”.
Gununsesi.info