Toqquşmada 31 nəfər ölüb, 1300 nəfərə yaralanıb

  • By admin
  • 12 İyul 2016 16:03

kesmir

 

İyulun 12-dən Kəşmirdə baş verən qarşıdurmalar nəticəsində 31 nəfər ölüb, 1300 nəfər isə yaralanıb. Gununsesi.info Hidustan Times-ə istinadən xəbər verir ki, keçən həftənin sonundan etibarən Kəşmirdə “Hizbu-ul-Mücahidin” qruplaşmasının 21 yaşlı fəalı Burhan Müzəffər vaninin öldürülməsindən sonra kütləvi etiraz aksiyaları başlayıb və bu aksiyalar sonradan qarşıdurmaya çevrilib. Qarşıdurmada ölənlər arasında polislərin də olduğu bildirilir.

Toqquşma nəticəsində 1365 nəfər yaralanıb ki, onlardan 279 nəfəri hospitala yerləşdirilib.

Kəşmirdə yaranmış qarşıdurma ilə bağlı BMT Baş katibi öz narahatçılığını ifadə edib və tərəfləri toqquşmadan qaçmağa və təmkinli olmağa çağırıb. Baş katib tərəfləri problemin sülh yolu ilə həllinə səsləyib.

 

Gununsesi.info