
Hindistanda dini liderin həbsi ilə bağlı keçirilən aksiyalarda baş verən toqquşmalarda ölənlərin sayı 30-a çatıb.
Gununsesi.info-nun məlumatına görə, Pançkula şəhərində təcavüzdə ittiham olunan “Dera Saça Saudra” dini icmasının rəhbəri məhkəmə zalında həbs edilib.
Onun həbsinə etiraz olaraq bir sıra yerlərdə kütləvi aksiyalar keçirilir. Pəncabda dəmir yolu xətti və avtobus yandırılıb. Pançkula şəhərində polis aksiyanı dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib.
Gununsesi.info