Torpaq uğrunda vuruşmaq istəyirsənsə, get, Qarabağ uğrunda döyüş -komitə sədri

  • By admin
  • 27 Sentyabr 2016 13:23
siyavus
Əgər sən torpaq uğrunda vuruşursansa, get, Qarabağın azadlığı uğrunda döyüş.
 
Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov   Suriyaya  döyüşə gedən insanlar  barədə mövqeyini açıqlayarkən  deyib.
Onun sözlərinə görə, Azərbaycanda bəzi insanlar din yolunda döyüşmək adı altında Suriyaya gedirlər. “Həmin şəxslər Suriyaya din uğrunda vuruşmaq üçün deyil, öz məqsədləri üçün gedirlər. Həmin adamlar din pərdəsi adı altında cinayətkarlıq edirlər. Əgər sən torpaq uğrunda vuruşursansa, get Qarabağın azadlığı uğrunda döyüş”- deyə, komitə sədri vurğulayıb.
Qarabağda həyata keçirilən aprel döyüşlərinə toxunan S. Nvruzov deyib ki, 2 aprel hadisələrində Azərbaycan ordusunun əldə etdiyi uğur məlumdur və buna bir nümunədir: “Əgər həmin insanlar həqiqətən döyüşmək istəyirsə, bu yolda vuruşsunlar. Daha Suriyada yox. Nəyin uğrunda vuruşduqları da məlum deyil. Onlar din pərdəsi altında başqa məqsədlərə çatmaq istəyirlər. Buna isə heç vaxt nail ola bilməcəklər”.
Gununsesi.info