Gürcüstanın Baş naziri İraklı Qaribaşvili Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci qurultayında çıxış edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qaribaşvili öz nitqində Rusiyanın Gürcüstan torpaqlarını işğal altında saxladığını bildirib.
“Rusiya 2008-ci ildə Gürcüstana hücum etdi. Torpaqlarımızın 20%-i Rusiyanın işğalı altındadır. Yüz minlərlə adam öz evlərindən köçüb. Rusiya Gürcüstandan əsgərlərini çəkməlidir”, – deyə gürcü siyasətçi söyləyib.
Dünyanı Rusiyaya basqı etməyə səsləyən Qaribaşvili bütün işğala baxmayaraq, Gürcüstanın təsirli inkişafı üçün fəaliyyət göstərdiklərini vurğulayıb.
Abxaziya və Cənubi Osetiyada yaşayan xalqla həmrəylik və birliyə çağırış edən gürcü siyasətçi ortaq düşmənlərinin buna qarşı çıxdığını deyir.
“Biz inanılmaz uğurlara imza ata biləcək parlaq insanlarıq. Ancaq birlikdə uzun vədəli sabitliyi təmin edə bilərik. Böyük yatırımları cəlb edə bilərik. Birləşmiş xalq olaraq bütün potensialımızı gerçəkləşdirə bilərik”, Qaribaşvili açıqlayıb.
Ukraynanın yaşadığı kədəri hiss etdiyini vurğulayan İrakli Qaribaşvili BMT-dəki çıxışı zamanı Ukrayna xalqı ilə həmrəy olduqlarını söyləyib.
Gürcü Baş nazir ölkəsinin Avropa Birliyinə üzv olmasının Gürcüstan hökuməti üçün geopolitik prioritet olduğunu vurğulayıb.
Tərcümə: Arzu