“Torqovı”da ərəb turist bıçaqlandı

  • By admin
  • 08 Dekabr 2021 09:29

Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb.

Gununsesi.info  xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində (“Torqovı” adlanan ərazi-red) naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.

HTML tutorial

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info