İngiltərənin “Tottenhem” klubu futbolçusu Kayl Uoker-Piterslə müqaviləni artırıb.
Gununsesi.info xəbər verir ki, ingiltərəli müdafiəçinin yeni müqavilə müddəti 2020-ci ilin yayına qədərdir.
Qeyd edək ki, London klubunun yetirməsi olan 20 yaşlı futbolçu 2014-cü ildən əsas komandada çıxış edir. O, ötən mövsüm İngiltərə Premyer Liqasında bütün oyunlarda iştirak edib.
Gununsesi.info