“Tottenhem”in yeni baş məşqçisi bəlli oldu – FOTO

  • By admin
  • 01 Noyabr 2021 19:21

İngiltərə Premyer Liqasında çıxış edən “Tottenhem” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İtaliyalı idman jurnalistləri Nikola Skira və Fabritsio Romanonun şəxsi “Twitter” səhifələrində verdikləri məlumatlara görə, artıq komanda ilə Antonio Konte arasında razılıq əldə olunub.

Hazırda italiyalı futbol mütəxəssisi Londondadır. O, klub rəhbərliyilə görüşəcək və tərəflər arasında iki illik müqavilə imzalanacaq. Kontenin illik məvacibi isə 15 milyon avro təşkil edəcək.

Yeni təyinatın rəsmi olaraq yaxın saatlarda açıqlanacağı bildirilir. Hətta komandanı sabahkı məşqə məhz Kontenin çıxaracağı gözlənilir.

Qeyd edək ki, Antonio Konte bu vəzifədə istefaya göndərilən Nunu Eşpiritu Santunu əvəzləyəcək.

Gununsesi.info