Tovuz döyüşlərinin bir ayı tamam oldu – Ağdamda vəziyyət necədir? - REPORTAJ /FOTOLAR

  • By arzu
  • 13 Avqust 2020 17:59

Məlum olduğu kimi, iyul ayının 12-dən başlayaraq işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində cəhbənin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində şiddətli döyüşlər başladı. Bu döyüşlərdə ordumuz tərəfindən düşmənə layiqli cavab verildi.

İşğalçı ölkənin onlarla hərbçisi məhv edildi, yüzlərlə texnikası sıradan çıxarıldı. Artıq Tovuz döyüşlərinin bir ayı tamam olub. Bəs bu gün cəhbədə vəziyyət necədir?

Gununsesi.org xəbər verir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, bir ay öncə şiddətli döyüşlərin getdiyi Ağdam kəndində indi həyat normal axarında davam edir.

Dövlətimizə və ordumuza güvənən kənd sakinləri gündəlik həyatlarını yaşayır.

Kənd sakinləri təsərrüfatla məşğul olur, əkdikləri məhsulları biçirlər.

Ümumiyyətlə, Tovuz döyüşləri bir sıra vacib məqamlarla diqqət çəkdi. Bunlardan ən önəmlisi ordumuzun yüksək döyüş əzmi və insanların ruh yüksəkliyi oldu.

Tovuz döyüşləri birmənalı olaraq növbəti dəfə Azərbaycan ordusunun və Azərbaycan xalqının qüdrətini, cəsarətini nümayiş etdirmiş oldu.

 

 

 

 

Gununsesi.org