Tovuz döyüşlərində başından yaralanan erməni əsgər öldü

  • By admin
  • 23 İyul 2020 16:06

Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış erməni hərbçi Artur Muradyan ölüb.

Gununsesiaz.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“14 iyul tarixində döyüşdə başından ağır yaralanan 2001-ci il təvəllüdlü hərbi qulluqçu Artur Baqratoviç Muradyan Mərkəzi klinik xəstəxanada ölüb”, – deyə, düşmən ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Gununsesiaz.info