Tovuz, Qazax və Ağstafa rayonlarının incəsənət nümunələri təqdim olunacaq

  • By admin
  • 22 Sentyabr 2016 11:20

medeniyyet
Bu gün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında Tovuz, Qazax və Ağstafa rayonlarının folklor kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil olunacaq.
Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə,tədbirdə həmçinin həmin bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcəkdir.
Qeyd edək ki, layihə çərçivəsində təsviri sənət məkanında Şəki, Oğuz, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Balakən və Qax rayonlarının folklor rəqs ansambllarının kollektivlərinin konsert proqramları keçirilib.

Anar
Gununsesi.info